Pezeşkian AzTV-yə müsahibə verdi - VİDEO

27 Aprel 2025 18:39

İran Prezidenti Məsud Pezeşkian Azərbaycan Televiziyasına (AzTV) eksklüziv müsahibə verib.

Bununla bağlı AzTV məlumat yayıb.

Bildirilib ki, müsahibə bu gün saat 20:00-da yayımlanacaq.

Vurğulanıb ki, həmin müsahibədə İran prezidenti Azərbaycan dilində şeir də səsləndirib.

O, həmçinin bir sıra vacib mesajlar verib.

Milli.Az