“28 Mall”a giriş bərpa olundu - YENİLƏNİB

27 Aprel 2025 13:51

"28 Mall" ticarət mərkəzinə giriş bərpa edilib.

Milli.Az xəbər verir ki, bu barədə ticarət mərkəzinin sosial şəbəkə hesabındakı paylaşımda deyilir.

"28 Mall-da yaranmış texniki nasazlıq aradan qaldırılıb və ticarət mərkəzinə giriş bərpa edilib.

Hər birinizə xoş həftəsonu və alış-verişlər arzulayırıq", - deyə paylaşımda bildirilir.

xxx

11:11

28 Mall" Ticarət Mərkəzinə giriş müvəqqəti olaraq məhdudlaşdırılıb.

Bu barədə Milli.az-a ticarət mərkəzindən bildirilib.

Texniki səbəblə  bağlı "28 Mall" Ticarət Mərkəzində işıqlar sönüb:

"Təhlükəsizlik məqsədilə ticarət mərkəzinə giriş müvəqqəti olaraq məhdudlaşdırılıb.
Günün ikinci yarısında ticarət mərkəzinə daxil olmağın mümkün olacağını düşünürük. Bununla bağlı bir qədər sonra yenidən sizə məlumat verəcəyik.

Milli.Az