Ərəb "fotoqraf" Faiq Ağayevi şoka saldı

18 İyul 2012 14:00
Milli.Az Simsar.Az-a istinadən xəbər verir ki, Seyşel adalarına istirahətə gedən xalq artisti Faiq Ağayev orada onu sözün yaxşı mənasında təəccübləndirən halla qarşılaşıb.

Çatar-çatmaz tətil fotosessiyasına başlayan müğənni onun şəkillərini çəkəcək birini axtardığı anda bir ərəb ona yaxınlaşaraq məmnuniyyətlə şəkillərini çəkmək istədiyini söyləyib. Şəkilləri çəkdikdən sonra Faiq Ağayev ərəbə təşəkkür edəndə "fotoqraf"ından gözlənilməz etiraf eşidib.

Ərəb "fotoqraf" müğənnimizə ingiliscə: "Mən sizi tanıyıram. Azərbaycanda məşhur müğənnisiz. İki il əvvəl işlə əlaqədar Bakıda olanda sizi görmüşəm", - deyərək xalq artistini təəccübləndirib.

Qeyd edək ki, 100% F.A Seyşel adalarında, Mahe şəhərində istirahətdədir.

Milli.Az