1 milyon qoyunu daşıyan gəmi BATDI: dənizə düşən heyvanları... - VİDEO

27 Aprel 2025 14:50

Yəmənin ərazi sularından bir qədər aralıda Ədən sahillərində milyona yaxın qoyunu daşıyan gəmi batıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, məlumata görə, fəalların hadisə ilə bağlı yaydığı videolarda Ədən körfəzində qoyunları daşıyan gəminin batmaq təhlükəsi ilə üzləşdiyini əks etdirən kadrlar yer alıb.

Lahdj əyalətindən olan bir qrup yəmənli balıqçı həm gəmi heyətini (məlumatlara görə, Somali vətəndaşları), həm də mal-qara yükünü xilas etmək məqsədilə təcili müdaxilə üçün öz qayıqlarını səfərbər edib.

Milli.Az