Mahmud Abbas xələfini seçdi

27 Aprel 2025 10:39

Fələstin Prezidenti Mahmud Abbas yaxın sirdaşı sayılan Hüseyin Eş-Şeyxi müavini və mümkün xələfi təyin edib.

Milli.Az bildirir ki,  bu barədə Fələstin Azadlıq Təşkilatı məlumat yayıb.

Fələstin Azadlıq Təşkilatının razılığı ilə Hüseyin Eş-Şeyx bu vəzifəyə təyin olunub.

Fələstin Azadlıq Təşkilatı yaradıldığı 1964-cü ildən sonra ilk dəfə bu il aprelin 24-də prezident müavini vəzifəsinin təsisinə qərar vermişdi.

Qeyd edək ki, 89 yaşlı Mahmud Abbas 2004-cü ildə Yaser Ərəfatın ölümündən sonra Fələstin Azadlıq Təşkilatının lideri və Fələstin prezidentidir. 64 yaşlı Hüseyin Eş-Şeyx isə Fələstin Azadlıq Təşkilatının İcra Komitəsinin Baş katibi olub. /Apa

Milli.Az