Trampa meydan oxudu: Satqınlıqla bizi...

27 Aprel 2025 10:09

Kanadada keçirilən seçkilərin qalibi olan və yeni baş nazir seçilən Mark Karni ABŞ Prezidenti Donald Trampa açıq mesaj göndərib.

Milli.Az xəbər verir ki, o, Kanadanın ABŞ-ın bir hissəsinə çevrilməyəcəyini və ticarət müharibəsində qalib gələcəklərini bəyan edib.

Mətbuata verdiyi açıqlamada Karni bildirib:

"Ticarət müharibəsi dünya iqtisadiyyatını dağıtdı. ABŞ Prezidenti Donald Tramp Kanadanı - Amerikanın qonşusunu, ən yaxın dostunu və ən sadiq müttəfiqini satqınlıqla vurdu."

Yeni baş nazir, həmçinin Kanadanın dünya arenasında rolunun güclənəcəyinə əminliyini ifadə edib:

"Amerika qlobal məsələlərdən geri çəkildiyi bir vaxtda Kanada dünya lideri olacaq."

Karni bu sərt bəyanatları Vaşinqtonla Ottawa arasındakı artan gərginlik fonunda səsləndirib. Qeyd edilir ki, o, seçki kampaniyası dövründə özünü Kanadanın milli maraqlarının və iqtisadi suverenliyinin qətiyyətli müdafiəçisi kimi təqdim edib.

Ekspertlər bildirirlər ki, Mark Karninin bu cür sərt mövqeyi Tramp administrasiyasının Kanadaya qarşı apardığı ticarət və iqtisadi təzyiqlərə cavab olaraq formalaşıb və qarşıdakı dövrdə Kanada-ABŞ münasibətlərində ciddi soyuqluq yaşana bilər. /Musavat.com

Milli.Az