“El Klasiko”nun qalibi müəyyənləşdi

27 Aprel 2025 09:00

Futbol üzrə İspaniya Kral Kubokunun qalibi müəyyənləşib.

Milli.Az xəbər verir ki, Sevilya şəhərində keçirilən final oyununda "El-Klasiko"da "Barselona" və "Real Madrid" komandaları üz-üzə gəlib.

Gərgin matçın əsas vaxtı 2:2 hesablı heç-heçə ilə başa çatıb. Əlavə 30 dəqiqədə daha bir qol vuran "Barsa" İspaniya Kral Kubokunun qalibi olub - 3:2.

Katalonlar 32-ci dəfə İspaniya Kral Kubokunun sahibi olublar.

Milli.Az