Rusiya kəşfiyyatı general Moskalikin qətlinin təfərrüatlarını açıqladı

26 Aprel 2025 21:38

Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahının idarə rəisi general-leytenant Yaroslav Moskaliki öldürən kustar üsulla hazırlanmış partlayıcı qurğu trotil blokları, boltlar və mismarlardan yığılıb.

Milli.Az xəbər verir ki, bu, Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin (FSB)hadisə yerində lentə aldığı videoda da açıq görünür.

Kadrlarda partlayıcı qurğunun hissələri, onun doldurulduğu boltlar və mismarlar əks olunub.

Bundan başqa generalı avtomobilindən izləmək üçün istifadə olunan noutbuk, həmçinin mobil telefon da tapılıb. /APA

Milli.Az