Gəncə Dövlət Filarmoniyasinda yeni "Sözün gücü" layihəsini təqdim edib - FOTO

26 Aprel 2025 20:55

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında ilk dəfə "Sözün gücü" layihəsi təqdim olunub. Layihə çərçivəsində Filarmoniyanın Urban Mərkəzində Xalq şairi Səməd Vurğuna həsr olunmuş "Vurğunun qiraət gecəsi" keçirilib.

Tədbirdə Gəncə şəhər 1 və 4 nömrəli UMM-nin şagirdləri, qiraətçilər İmamverdi Vəliyev, Əsgər Məmmədov, Lalə Həsəncan, Zülfiyyə Yaqub şairin "Dünya", "Şair nə tez qocaldın sən", "Gözlər", "Lalə", "Aygün" poemasından Əmirxanın monoloqu, "Vurğun dünyası", "Vaqif" dramından Qacarla Vaqifin dialoqu, "Azərbaycan" şeirlərini səsləndiriblər. 

Qeyd edək ki, mütəmadi olaraq layihə çərçivəsində Azərbaycanın görkəmli yazıçı və şairləri yad ediləcək.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az