"Bayer Leverkuzen"in baş məşqçisi Xabi Alonso gələcəyi haqda açıqlama verib.
Milli.Az bu barədə xarici mətbuata istinadən xəbər verir.
"Qərar vermək üçün təzyiq hiss etmirəm. Mənim üçün vəziyyət aydındır, amma hələlik bir az gözləmək lazımdır. Başa düşürəm ki, "Bayer" qərarı mümkün qədər tez bilmək istəyir. Biz mütləq oturub hər şeyi müzakirə edəcəyik", - mütəxəssis bildirib.
Qeyd edək ki, Xabi Alonsonun "Real"a keçəcəyi deyilir.
Milli.Az