Azərbaycanda məktəbiə yayılan video ilə bağlı araşdırma başladı

26 Aprel 2025 19:32

Goranboy rayon Dəliməmmədli şəhər M.Zeynalov adına tam orta məktəblə bağlı yayılan video ilə əlaqədar vətəndaş müraciətinə əsasən Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi tərəfindən araşdırma başlanıb.

Bu barədə regional təhsil idarəsindən məlumat verilib.

Bildirilib ki, araşdırmanın nəticəsi ictimaiyyətə təqdim ediləcək.

Qeyd edək ki, sosial şəbəkələrdə sözügedən məktəbdə pul yığıldığına dair videogörüntü yayılıb.

Milli.Az