Rusiyada 45 PUA zərərsizləşdirildi

26 Aprel 2025 15:24

Dünən Rusiya ərazisində Ukraynaya məxsus 45 pilotsuz uçuş aparatı zərərsizləşdirilib.

Milli.Az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata əsasən, PUA-lardan 27-si Kursk, 16-sı Belqorod, biri Rostov, biri isə Lipetsk vilayəti ərazisi üzərində vurulub.

Qeyd edək ki, son aylar Ukrayna Silahlı Qüvvələrinin Rusiya ərazisinə PUA-larla intensiv hücumlar təşkil etdiyi müşahidə olunur. Bu hücumlar əsasən sərhədə yaxın ərazilərdə yerləşən sənaye obyektləri, hərbi infrastruktur və enerji obyektlərini hədəf alır.

Asya
Milli.Az