ABŞ-də yaşayan gənc qadın Viktoria Brock sevgilisinin evlilik təklifinə verdiyi qeyri-adi reaksiya ilə sosial medianın gündəminə çevrilib.
Milli.Az xəbər verir ki, TikTok-da yayımlanan videoda sevgilisi diz çöküb evlilik təklifi edərkən Viktoria onun varlığını demək olar ki, görməməzliyə vurur və yanında olan rəfiqəsi ilə söhbətə davam edir.
Sevgilisi ona "Victoria Faith Brock, mənimlə evlənərsən?" deyə sual verdikdə isə gənc qadın bir qədər laqeyd şəkildə "bəli" cavabını verir. Hadisə zamanı yaşanan soyuq atmosfer və qadının qeyri-ciddi münasibəti sosial mediada ciddi tənqidlərə səbəb olub.
2,2 milyondan çox izlənmə alan video üçün istifadəçilər "Dünyanın ən soyuq evlilik təklifi", "E-poçt qədər emosiyasız" kimi şərhlər yazıblar.
Hadisə sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib.
Kənan
Milli.Az