Tanınmış reperin evi yandı - FOTO

26 Aprel 2025 12:24

Samsunda məşhur rep ifaçısı Seyfullah "Sefo" Sağırın ailəsinin yaşadığı evdə yanğın baş verib.

Milli.Az xəbər verir ki, hadisə ötən gecə İlkadım rayonunun Baruthane məhəlləsində, 10 mərtəbəli binanın sonuncu mərtəbəsində qeydə alınıb.

Naməlum səbəbdən başlayan yanğına xəbərdarlıq edildikdən sonra polis və yanğınsöndürən briqadalar müdaxilə edib. Ekipajlar gələnədək qonşular da yanğını söndürmək üçün kömək ediblər.

Yanğınsöndürənlər alovun binada yayılmasının qarşısını alıb və vəziyyəti qısa müddətdə nəzarətə götürüb.

Sefonun bacısı və evdə olan iki pişik yanğından zərər görməyib.

Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.

Milli.Az