Türkiyədə xüsusi hazırlıq kursunda müəllim işləyən Fidanın sosial şəbəkələrdə paylaşdığı videolar və paylaşımlar müəllimlik peşəsini gözdən saldığı iddiası ilə həmkarlarının tənqid hədəfinə çevrilib.
Milli.Az yerli mediaya istinadən xəbər verir ki, o, dərs zamanı seçdiyi geyimlər və sosial media hesabındakı görüntülərlə qınaq obyektinə çevrilib.
Onun bəzi videoları tələbələri tərəfindən paylaşılaraq viral hal alıb.
"Bu qadına artıq kimsə dur deməlidir"
Sosial şəbəkələrdə, xüsusilə forum və müəllimlərə aid səhifələrdə Fidana qarşı narazılıq artır. X platformasında bəzi istifadəçilər onun görüntülərini paylaşaraq, "Müəllimlik peşəsini alçaltmağa çalışan bu qadına artıq kimsə dur desin" çağırışı ilə çıxış ediblər.
Onunla bağlı sosial şəbəkədə yazılan bəzi şərhlər belədir:
"Təkcə Fidan müəllimə yox, izləyici qazanmaq üçün tələbələrindən istifadə edən və hər cür şou göstərən həmkarlarımız da xəbərdarlıq almalıdır".
"Bu cür müəllimlər üzündən yeniyetmə oğlanlarda müəllim fetişi yaranır".
"Bir neçə dəfə hesabını şikayət etmişəm, amma heç kim ciddiyə almadı".
"Qarşıma çıxan görüntülərindən utanıram".
"Bu, həqiqətən iyrəncdir".
"Milli Təhsilə şikayət etmək bu qədər çətin deyil ki!".
"Vizual cazibənin ön planda olması pedaqoji cəhətdən narahatedicidir".
Hələlik onunla bağlı rəsmi qərar verilmədiyi bildirilir.
Sözügedən görüntüləri təqdim edirik:
Kənan
Milli.Az