İmamoğlunun hoteldən görüntüləri yayıldı - Əlində çemodanlarla... - VİDEO

26 Aprel 2025 09:10

İstanbul Böyükşəhər Bələdiyyəsində aparılan korrupsiya və terror araşdırması çərçivəsində Ekrem İmamoğlunun oteldəki gizli görüşməsi ilə bağlı yeni görüntülər üzə çıxıb.

Milli.Az xəbər verir ki, görüntülərdə İmamoğlunun 12 oktyabr 2024-cü ildə Sarıyerdəki otelə gəlmədən əvvəl komandasından bir şəxsin çemodanla içəri girməsi, görüş otağının kameralarının mühafizəçilər tərəfindən lentlə bağlandığı və görüşdən sonra çemodanlarla birlikdə oteli tərk etməsi əks olunub.

İstintaq çərçivəsində İmamoğlu və onunla birlikdə olanların "cinayət təşkilatı qurmaq", "rüşvət almaq", "dələduzluq", "şəxsi məlumatların qanunsuz əldə olunması" və "tenderlərə müdaxilə" kimi bir çox ittihamla araşdırıldığı bildirilir.

İsmayıl
Milli.Az