Pike sevgilisindən ayrıldı - FOTO

25 Aprel 2025 22:44

İspaniya millisinin və "Barselona"nın sabiq futbolçusu Jerar Pike sevgilisi Klara Çiadan ayrılıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Pike  Mayamidə başqa bir xanımla görüntülənib. Amma ayrlığın əsas səbəbləri barədə tam məlumat verilməyib.

Qeyd edək ki, cütlük təxminən 3 ildir birlikdə idi.

Xatırladaq ki, Pike Çiadan əvvəl uzun illər tanınmış ulduz müğənni Şakira ilə evli olub. Keçmiş futbolçu və Şakiranın iki oğlu var. Cütlük 2022-ci ilin yayında ayrılıb. Buna səbəb futbolçunun müğənniyə xəyanət etməsi olub.

Milli.Az