“Yeni Adlar” layihəsi çərçivəsində növbəti konsert baş tutdu - FOTO

28 Aprel 2025 14:32

M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində "Yeni Adlar" layihəsi çərçivəsində növbəti konsert baş tutub.

Xalq artisti dirijor Yalçın Adıgözəlovun rəhbərliyi, Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə solistlər - Zərifə Alxasova (violin), Emil Əhmədzadə (piano) və Elçin Məmmədov (piano) dinləyicilər qarşısında çıxış edib.

Proqramda E.Chausson violin və simfonik orkestr üçün poema (op.25), F. Liszt piano və orkestr üçün 2 saylı konsert, A-dur və S. Raxmaninov piano və orkestr üçün 3 saylı konsert d-moll, op.30 səslənib.  

Məlumat üçün nəzərinizə çatdıraq ki, "Yeni adlar" müasir Azərbaycan ifaçılıq sənətinin inkişafına, bu sahədə yeni istedadlı nəslin tanınmasına, parlaq ifaçıların yetişməsinə xidmət edən layihədir.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az