Sevinc Sarıyevanın və tələbələri muğam və təsniflərdən ibarət unudulmaz musiqi axşamı təqdim etdilər - FOTO

25 Aprel 2025 16:45

Beynəlxalq Muğam Mərkəzində Əməkdar artist Sevinc Sarıyevanın və tələbələri muğam və təsniflərdən ibarət unudulmaz musiqi axşamı təqdim etdilər.

"Qarabağın sevinci" adlı konsertin açılışında BMM-nin direktoru, Əməkdar artist Sahib Paşazadə çıxış edərək xanəndənin özünəməxsus ifa üslubu, oxu tərzi, ifa zamanı muğamın mənəvi zənginliyini dinləyiciyə ötürə bilmə bacarığından söz açdı.

Konsertdə səhnəyə Sevinc Sarıyeva ilə birlikdə  tələbələri Nisbət Sədrayeva, Aytac Süleymanlı, Şücaət Mirzəliyev çıxış edərək Azərbaycan bəstəkarlarının əsərləri və muğamlardan ibarət proqramla tamaşaçılara gözəl anlar bəxş.etdilər. 

Yazıçı dramaturq Seyran Səxavət, "Ulduz" jurnalının baş redaktoru Qulu Ağsəs, tarix elmləri namizədi Boran Əzizov, Əməkdar müəllim Qəzənfər Abbasov , "Zəfər" şəhid ailələri cəmiyyyətinin sədri Sevinc Əlizadə xanəndəyə təbriklərini ünvanladılar. Aktrisa Həlimət Sultan öz ifası ilə gecəyə ovqat bəxş etdi. Tamaşaçıların böyük alqış sədaları ilə yekunlaşan konsertin sonunda Əməkdar artist Sevinc Sarıyeva konsertin ərsəyə gəlməsində dəstək olan BMM rəhbərliyi və kollektivinə təşəkkürünü bildirdi.

İnformasiya dəstəyi -  Trend.Az, Day.Az, Milli.Az