"Dünya təcrübəsində səhiyyə rəhbərlik strukturların, yəni nazirliyinin tabeçiliyində akkreditasiya komissiyası olur. Bu komissiya həkimin baza tibb təhsilini, rezidentura təhsili, müvafiq ixtisas təhsilini yoxlayır. Onun sənədlərinin tam kompetent olması qənaətinə gəldikdən sonra ona lisenziya verir".
Milli.Az xəbər verir ki, bunu həkim Adil Qeybulla deyib:
"Bu lisenziya müəyyən bir müddət ərzində verilir. Bunun müddəti hər ölkədə fərqlidir. Həkimlər o lisenziya əsasında fəaliyyət göstərir və hər bir həkimin otağında o lisenziyanın nüsxəsi asılır. Xəstəyə onu yoxlamağa ehtiyac yoxdur. Yəni sistem o cür qurulub.
Xəstə həkimdən niyə görə diplom tələb edir?
Ona görə ki, səhiyyəyə güvən yoxdur. Ona görə ki bu cür hadisələr baş verir, artıq kifayət qədər bu cür məsələlərin əsasında dayanan faktlar var. Hesab edirəm ki, biz də bu sistemə keçməliyik. Bİz dəfələrlə demişik ki, həkimlərin sınaq imtahanı kimi bu sertifikasiya imtahanı dünyanın heç bir yerində yoxdur. Yəni bu əslində analogiyası olmayan bir haldır. Biz də akkredaksiya sisteminə keçsək bütün problemlər həll ola bilər".
Asya
Milli.Az