23:13
Taksi sürücüsü ilə rieltor arasında yol üstündə mübahisə ağır cinayətə səbəb olub.
Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, qətl hadisəsi səhər saatlarında paytaxtın Xəzər rayonu, Binə qəsəbəsində baş verib.
Qəsəbə ərazisində ev alqı-satqı ofisində işləyən 52 yaşlı Səlim Əliyevin bıçaqlanaraq öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Dərhal istintaq qrupu hadisə yerinə gəlib baxış keçiriblər.
47 yaşlı Maksim Əhmədov iş üzrə şübhəli şəxs qismində tutulub. Onun ərazidə 1 manatlıq taksi fəaliyyəti göstərdiyi, Səlim Əliyevin isə qəsəbədə ev alqı-satqısı ofisində işlədiyi bildirilir.
Faktla bağlı rayon prokurorluğunda ''qəsdən adam öldürmə'' maddəsi ilə cinayət işi başlanıb. Hazırda istintaq davam edir.
Daha ətraflı videomaterialı təqdim edirik:
----------
14:59
Bu gün paytaxtın Xəzər rayonunda qətl törədilib.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Binə qəsəbəsi ərazisində 1973-cü il təvəllüdlü Səlim Yəhya oğlu Əliyev ürək nahiyəsindən bıçaqlanaraq öldürülüb.
Hadisəni törətməkdə şübhəli bilinən 1978-ci il təvəllüdlü Maksim Yasin oğlu Əhmədov Xəzər RPİ-nin əməkdaşları tərəfindən saxlanılıb.
Bildirilir ki, qətlə yetirilən Səlim Binə qəsəbəsində makler kimi fəaliyyət göstərib. Bu gün səhər saatlarında onun idarə etdiyi avtomobillə Maksimin taksi kimi sürdüyü maşın yolda üz-üzə gəlib və yol vermək üstündə aralarında mübahisə baş verib.
Hadisənin də bu mübahisə səbəbindən törədildiyi bildirilib.
Faktla bağlı araşdırma aparılır.
Milli.Az