Seda Sayanın sərvəti açıqlandı - 30 mənzil...

26 Aprel 2025 10:44

Türkiyənin məşhur sənətçisi Seda Sayan bu dəfə şəxsi həyatı ilə deyil, sahib olduğu sərvəti ilə gündəmdədir.

Milli.Az xəbər verir ki, Seda Sayan illərdir aldığı yüksək proqram və səhnə ödənişləri ilə sərvətini əhəmiyyətli dərəcədə artırıb. O, İstanbulun elit bölgələri - Zincirlikuyu və Etilerdə yerləşən ultra lüks mənzillərlə yanaşı, ailəsi və yaxınlarını da ev sahibi edib. Bildirilir ki, sənətçinin İstanbulda ümumilikdə 30 mənzil və mağazası var.

Bodrumda üç villa sahibi olan Seda Sayan yalnız Türkiyə ilə kifayətlənməyib. Onun Londonda və Mayamidə də dəniz mənzərəli mülkləri olduğu bildirilir. Mayamidəki evin məşhurlar arasında yüksək tələbat gördüyü qeyd olunur.

Sayanın aylıq 500 min TL-lik kirayə gəliri, onun səhnəyə çıxmadan da yüksək qazanc əldə etdiyini göstərir. 

Fidan
Milli.Az