“Qadın kimi xoşbəxt olmadım”

25 Aprel 2025 13:21

Xalq artisti Məleykə Əsədova efirlərin birində qonaq olub.

Milli.Az bildirir ki, aktrisa açıqlaması ilə diqqət çəkib.

Xoşbəxt olmadığını deyən Məleykə arzusunu dilə gətirib:

"Mən qadın kimi xoşbəxt ola bilmədim. Şükür ki, ana, aktrisa kimi xoşbəxtəm. Xoşbəxt anlar mənə qismət olub. Hər bir qadın qadın olmaq, diqqət, qayğı görmək istəyir. Özü də təhsil almış, savadlı xanımlar daha çox diqqət-qayğı istəyir. Qızım xoşbəxt olsun. Mən qadın kimi xoşbəxt olmadım, inşallah övladım xoşbəxt olar".

Milli.Az