Müğənni Nüşabə Musayeva qalmaqallı açıqlamalar verib.
Milli.Az xəbər verir ki, sənət qonaq olduğu efirdə sərt atmacası ilə diqqət çəkib.
Musayeva özünü reytinq zirvəsində görüb, yaşlı sənətkarlara dil uzadan həmkarlarına yerini göstərib:
"Ağac nə qədər bar versə, başını aşağı tutar. Bu sferada yaşda və sənətdə bizim böyüklərimiz var. Gündəmdə olmaqdan ötrü, hansısa sənətkarın adını çəkib, başından böyük danışmaq olmaz. Onlar canlarını sağlamlıqlarını bu sənət yolunda veriblər.
Maşınlarını, evlərini itirib illərlə kirayələrdə yaşayıblar. Həmin sənətkarların adını çəkmək çox tərbiyəsizlikdir. O insanlara adı ölkə rəhbəri verib. Danışanda ağızdan çıxan sözə diqqət etmək lazımdır. Trend xəstəliyinə tutulublar. Mənim heç trendimdə-brendimdə yoxdur, amma mənim ayağımda olan hörmət, çoxunun heç başında yoxdur".
Musa
Milli.Az