Türkiyədə zəlzələ oldu

25 Aprel 2025 09:22

Türkiyənin Kütahya vilayətinin Simav rayonunda bu gün səhər saatlarında 4,5 bal gücündə zəlzələ baş verib.

Milli.Az xəbər verir ki, AFAD-ın verdiyi məlumata görə, yerli vaxtla saat 07:23-də qeydə alınan yeraltı təkan yerin 8,81 kilometr dərinliyində baş verib.

Zəlzələdən cəmi bir neçə dəqiqə sonra, saat 07:29-da bölgədə 3,9 bal gücündə daha bir təkan qeydə alınıb.

İlkin məlumatlara əsasən, hadisə nəticəsində tələfat və dağıntı qeydə alınmayıb.

Kənan
Milli.Az