10 minlərlə "Lada" geri çağırılır

25 Aprel 2025 09:41

"Lada" brendinin rəsmi istehsalçısı olan "AvtoVAZ" minlərlə avtomobilini geri çağırdığını elan edib.

Milli.Az bu barədə "Rosstandart"a istinadən xəbər verir. 

Şirkət 2021-ci ilin oktyabrından 2023-cü ilin avqustuna qədər satılan 22 mindən çox "Lada Vesta" və 24 mindən çox "Lada Largus" avtomobilini geri çağıracaq.

Məlumata görə, Geriçağırma 2021-ci ilin oktyabrından 2023-cü ilin avqustunadək 22 731 VIN kodlu "Lada Vesta" və 24 408 VIN kodlu "Lada Largus" avtomobilinə aid olacaq.

Buna səbəb isə SVEOS - fövqəladə hallara reaksiya sistemi üçün idarəetmə blokunun olmaması göstərilib.

Hüseyn
Milli.Az