“Aygün Kazımovanın duet təklifini rədd etdim" - VİDEO

25 Aprel 2025 09:17

Müğənni Orxan Babazadə açıqlaması ilə diqqət çəkib.

Milli.Az xəbər verir ki, ifaçı qonaq olduğu verilişdə Xalq artisti Aygün Kazımovanın duet təklifini geri çevirməsindən danışıb.

"Sənət aləmində çox məşhur olan insanlar var, hazırda da gündəmdədirlər. Bundan 3-4 il öncə, Aygün Kazımova mənə duet təklifi etmişdi. Mən isə qəbul etmədim. O da məni anladığını dedi. Təkcə bir duet istəmirdi, ardıcıl iş birlikləri düşünürdü". 

Onun bu etirafı sosial şəbəkələrdə müzakirələr yaradıb.

Hüseyn 
Milli.Az