İstanbul zəlzələsində 1 nəfər ölüb

24 Aprel 2025 18:57

Özbəkistan vətəndaşı İstanbul zəlzələsi zamanı qorxudan həyatını itirib.

Milli.Az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə məlumat Özbəkistanın Türkiyədəki Baş Konsulluğu tərəfindən Telegram kanalında verilib.

Verilən açıqlamada bildirilir ki:

"İlkin məlumatlara görə, bu faciəli hadisə İstanbulda baş verən zəlzələ zamanı binanın ən üst qatında olan vətəndaşımızın şiddətli qorxuya düşməsi nəticəsində baş verib."

Həmin şəxsin ürək çatışmazlığı olduğu qeyd olunub.

23 aprel, saat 12:50-də İstanbulda baş verən zəlzələnin Rixter cədvəlinə görə 6,2 bal gücündə olduğu bildirilib. Əvvəlki xəbərlərdə zəlzələ ilə bağlı hər hansı ölüm və ya dağıntı qeydə alınmadığı bildirilmişdi. Bu hadisə, ilk ölüm hadisəsi kimi qeydə alınıb.

Lalə Qüdrətova
Milli.Az