10 gün iş olmayacaq

24 Aprel 2025 17:21

İyun ayında bayramlarla əlaqədar qeyri-iş günlərinin sayı açıqlanıb.

Milli.Az xəbər verir ki, iyun ayının 15-də qeyd olunan Milli Qurtuluş Günü bazar gününə düşdüyü üçün, iyunun 16-ı qeyri-iş günü sayılacaq.

Eyni zamanda, 26 iyun Silahlı Qüvvələr Günü də qeyri-iş günüdür. Bu il iyunun 26-sı həftənin 4-cü gününə təsadüf edib.

Beləliklə, 5 günlük işləyənlər üçün şənbə və bazar günlərini də nəzərə alsaq, həmin şəxslər üçün iyun ayında 10 gün qeyri-iş günü olacaq./konkret

Milli.Az