Bakıda "goreşən" tutuldu - VİDEO

24 Aprel 2025 17:22

Bakıda qəbirlərdən qızıl dişləri talayan şəxs saxlanılıb.

Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, Nəsimi RPİ tərəfindən paytaxt ərazisində yerləşən qəbiristanlıqların birində məzarları talayan 39 yaşlı Elvin Abbasov saxlanılıb.

Qəbiristanlıqda çalışan E.Abbasov qəbirləri qazaraq qızıl dişləri oğurlamaqda şübhəli bilinir. O, daha sonra oğurladığı qızıl dişləri paytaxtda yerləşən mağazalardan birinə sataraq maddi qazanc əldə edib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Milli.Az