Prezident İlham Əliyevin Çinə dövlət səfəri başa çatıb - VİDEO - FOTO

24 Aprel 2025 16:40

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfəri aprelin 24-də başa çatıb.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Pekin Beynəlxalq Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı rəsmi şəxslər yola saldılar.

Milli.Az