Zəlzələ anında həkimlərdən əsl qəhrəmanlıq - VİDEO

24 Aprel 2025 20:27

İstanbulda baş verən zəlzələ zamanı Başakşehir Çam və Sakura Xəstəxanasında çalışan tibb işçiləri peşə borcunu və insanlıq vəzifəsini bir daha nümayiş etdirdilər.

Milli.Az xəbər verir ki, zəlzələ anında xəstəxananı tərk etmək əvəzinə, xüsusilə yeni doğulmuş körpələrin müalicə olunduğu reanimasiya şöbəsində qalan tibb işçiləri, küvözlərin sarsıntıdan zərər görməməsi üçün onları əlləri ilə tutaraq qoruyublar.

Öz canlarını riskə atan  fədakar səhiyyə işçiləri ən müdafiəsiz xəstələrin təhlükəsizliyini təmin etməyi hər şeydən üstün tutublar.

Bu addım həm peşə, həm də insanlıq baxımından nümunəvi bir davranış kimi qiymətləndirilir və sosial mediada geniş rəğbətlə qarşılanıb.

Həmin anları təqdim edirik:

Fidan
Milli.Az