"Uluyanlar, mələyənlər, hamısı efirdədirlər"

25 Aprel 2025 07:07

Aparıcı və aktyor Sərxan Kərəmoğlu açıqlaması şou gündəmini yerindən oynadıb.

Milli.Az xəbər verir ki, o, gözünü yumub ağzını açıb.

Sərxan bəzi müğənniləri ağ yuyub, qara sərib:

"Hazırda uluyanlar, mələyənlər, zarlayanlar, anqırıb bağıranlar hamısı efirdədirlər. Bu, oxumaq deyil, oxumaq ayrı bir şeydir. Mən özüm oxusam da, müğənni deyiləm, ifaçıyam.

Əsas peşəm aktyorluq, rejissorluq və aparıcılıqdır. İki bek-vokalımla məclislərdə ifa etmişəm. Səbinə İlyasovanın 7 oktava səsi var, kimə lazımdır? Səsin şirinliyi olmalıdır".

Musa
Milli.Az