Bakıda parkinqdə maşınlar yanır - VİDEO

24 Aprel 2025 14:38

Paytaxtın Nəsimi rayonunda "Mercedes" yanır.

Milli.Az Insanoid.com-a istinadən xəbər verir ki, ətrafdakı insanlar yanan avtomobili söndürməyə çalışsalar da, cəhdləri uğursuz alınıb.

Yanğın nəticəsində ətrafdakı avtomobillərə də ziyan dəyib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Nəsimi rayon üzrə yanğından mühafizə bölmələri cəlb edilib. Hazırda alovun qarşısının alınması istiqamətində işlər görülür.

Milli.Az