"Qalatasaray"da sürpriz AYRILIQ: İtaliyaya gedir

24 Aprel 2025 19:25

Türkiyə Super Liqasında liderliyini davam etdirən və növbəti mövsüm üçün heyət planlamalarına başlayan "Qalatasaray"da gözlənilməz ayrılıq yaşana bilər.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Qış transfer dönəmində sarı-qırmızılıların heyətinə qatdığı, lakin son həftələrdə istədiyi qədər forma şansı əldə edə bilməyən ispan hücumçu Alvaro Morata gələcəyi ilə bağlı qərarını verib.

Portuqaliyanın "A Bola" nəşrinin xəbərinə görə, ulduz futbolçu növbəti mövsümdə komandada yetərincə oynayacağına əmin olmadığı üçün yay aylarında "Milan" klubuna geri dönmək istəyir.

Qeyd edək ki, İspaniya millisinin forvardı bu mövsüm "Cim-bom"un heyətində 10 rəsmi oyunda 3 qol və 1 assistlə yadda qalıb.

Tural
Milli.Az