Ukrayna Prezidenti Volodimir Zelenski CAR-a səfərini yarıda qoyaraq ölkəsinə qayıtmağa qərar verib.
Milli.Az xəbər verir ki, bu barədə məlumatı Zelenski öz teleqram kanalında açıqlayıb.
"Bu səfərin proqramının bir hissəsini təxirə salıram və CAR prezidenti ilə görüşdən dərhal sonra Ukraynaya qayıdıram".
Bildirilib ki, buna səbəb Rusiya ordusunun ötən gecə paytaxt Kiyevi raket atəşinə tutması olub.
Onun sözlərinə görə, hücum nəticəsində çox sayda dağıntı qeydə alınıb, hazırda xilasetmə əməliyyatı davam etdirilir.
O bildirib ki, Ukraynanın XİN rəhbəri Andrey Sibiqa CAR-da bütün zəruri görüşləri keçirəcək.
Milli.Az