Ağcabədi rayon sakini Azər Hacıyevin oğlu Rahim Hacıyev 2018-ci ildə mal otararkən erməni gülləsinə tuş gəlib. Nəticədə ağır yaralanan Rahim Hacıyev xəstəxanaya yerləşdirilərək əməliyyat olunub.
Milli.Az xəbər verir ki, şəxsin atası deyir ki, güllə riskli yerdə olduğunu görə gülləni çıxartmadılar.
"Əgər güllə çıxarılsa idi o iflic ola bilərdi. 2 azyaşlı övladı olan Rahim Hacıyev hazırda müalicə almaq üçün Rusiyadadır. Atası bildirir ki, oğlunun əlindən hər iş gəlirdi, qaynaqçı işləyirdi. İndi əmək qabiliyyətin itirib deyə alətləri evdə paslanıb, mən də istifadə edə bilmirəm. Daha sonra o yeriyə bilmədiyi üçün Qızıl Ayparanın dəstəyi ilə ona maşın aldıq".
Bəs əmək qabiliyyətini itirən şəxsə əlillik niyə verilmir?
Məsələ ilə bağlı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən Milli.Az-a bildirildi ki, Ağcabədi rayon sakini 1991-ci il təvəllüdlü Rahim Hacıyev Azər oğlunun əlilliyinin qiymətləndirilməsi ilə bağlı son 3 il ərzində tibb müəssəsi tərəfindən heç bir forma rəsmiləşdirilməyib. Belə olduğu halda isə əlilliyin qiymətləndirilməsi mümkün olmur. Bunun üçün vətəndaş qeydiyyatda olduğu tibb müəssəsinə yaxınlaşmalıdır. Qurumdan bildirildi ki, tibb müəssəsi tərəfindən yeni forma sənəd rəsmiləşdirildikdən sonra onun əlilliyi qanunvericiliyə uyğun baxılacaq.
Aysel Əkbər
Milli.Az