BDU-ya qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ - Keçid balları məlum oldu

24 Aprel 2025 11:17

Azərbaycanda ötən il qəbul imtahanından sonra keçirilən ixtisas seçimində formalaşan keçid balları məlum olub.

Milli.Az xəbər verir ki, modern.az ötən il Bakı Dövlət Universitetində (BDU) formalaşan keçid ballarını araşdırıb.

Univeristetdə I ixtisas qrupu üzrə geologiya, mexanika, geologiya və geofizika mühəndisliyi, geomatika və geodeziya mühəndisliyi, mədən mühəndisliyi, II qrupda hidrometeorologiya, III qrupda filologiya (ingilis dili və ədəbiyyatı), filologiya (fransız dili və ədəbiyyatı), filologiya (fars dili və ədəbiyyatı), filologiya (ərəb dili və ədəbiyyatı), tərcümə (ərəb dili və fars dili üzrə) ixtisasları üzrə keçid balı 200 bal olub. Universitetin Qazax filialında isə bir çox ixtisasın keçid balı 200 və daha azdır.

I qrupda dövlət sifarişli yerlərdə isə ən aşağı keçid balları geologiya (223.3 bal) və  geomatika və geodeziya mühəndisliyi (216.5 bal) ixtisaslarında olub. Ən yuxarı ballar informasiya təhlükəsizliyi (552.5 bal) və ingilis dilində riyaziyyat (513.9) ixtisaslarındadır.

II qrupda iqtisadiyyat ixtisasında keçid balı 393.7 bal olub (dövlət sifarişli 407.4 bal). Biznesin idarə edilməsində 307.4 bal (dövlət sifarişli 506.6 bal), maliyyə 353.5 bal (459 bal) ingilis dilində maliyyə 459.9 bal, turizm işinin təşkili 331.6 bal, menecment 270.8 (dövlət sifarişli 390.9) bal olub. 

III qrupda isə müəllimlik ixtisaslarında keçid balları 200-660 bal arasında dəyişib. Tarix müəllimliyi 497.2, Azərbaycan dili və ədəbiyyatı müəllimliyi 539.1, beynəlxalq münasibətlər 376.5 (dövlət sifarişli 468.6), filologiya (Azərbaycan dili və ədəbiyyatı) 413 (dövlət sifarişli 487.1), hüquqşünaslıq 612.8 (dövlət sifarişli 613.9), ingilis dilində hüquqşünaslı 660.3, kitabxanaçılıq və informasiya fəaliyyəti 281.8 (dövlət sifarişli 382.2), politologiya 443.3 (d.s. 516.8), regionşünaslıq ixtisasları 231-382 bal arası, tarix 439 (d.s.500.6), sosial iş 481.7 bal olub. 

Universitetin jurnalistika fakültəsində keçid balı 371.4 (dövlət sifarişli 386.9) olub. Qazax filialında isə keçid balları daha aşağıdır.

IV ixtisas qrupunda biologiya müəllimliyi 389.3 bal, kimya müəllimliyi 415.8 bal, psixologiya 497.9 bal olub. 

Milli.Az