Xəzərin dibi ilə kabel çəkirlər

24 Aprel 2025 12:20

"Orta dəhliz üzrə yükdaşımı davam etdirilir. Eyni zamanda Xəzər dənizinin dibi ilə fiber-optik xətt çəkilişi üzrə işlər də davam etdirilir. Bu prosesin növbəti il başa çatdırılması gözlənilir.

Milli.Az xəbər verir ki, bunu Azərbaycan Qazaxıstan ekspert şürasının 4-cü iclasında Qazaxıstanın Azərbaycandakı səfiri deyib.

Diplomat yüksək səviyyəli qarşılıqlı səfərlərin münasibətlərin inkişafına töhfə verdiyini bildirib:

"Qazaxıstanın istehsal etdiyi yaşıl enerjinin Azərbaycan üzərindən Avropaya ixracının başlaması üzrə işlər davam etdirilir. 2025-ci ilin 1-ci rübündə Azərbaycanın buğda idxalında Qazaxıstanın payı 80 faiz təşkil edib. Bu qarşılıqlı ticarətin ildən-ilə artdığını göstərir. Bu ilin yayında Azərbaycanın ərzaq təhlükəsizliyi üzrə İslam təşkilatına üzv olmasını gözləyirik. Ölkələrimiz arasında əməkdaşlıq yüksək səviyyədədir". 

Aysel Əkbər
Milli.Az