Bu ölkədə 9 günlük matəm elan olundu

24 Aprel 2025 10:25

Vatikan Roma Papası Fransiskin vəfatı ilə bağlı 9 günlük matəm elan edib.

Milli.Az xarici KİV-ə istinadən xəbər verir ki, matəm 26 aprel başlayıb mayın 4-dək davam edəcək.

Qeyd edək ki, Papa Fransisk aprelin 21-də 88 yaşında vəfat edib. Aprelin 23-də Papa ilə Müqəddəs Pyotr bazilikində vida mərasimi başlayıb.

Dəfn mərasimi isə aprelin 26-da baş tutacaq. 

Milli.Az