"O, mərsiyə deyir, muğam oxumur"

24 Aprel 2025 15:48

Müğənni Əli Mirəliyev yenidən həmkarlarını sərt tənqid edib.

Milli.Az xəbər verir ki, qalmaqallı sənətçi Əməkdar artist Elnarə Abdullayevanın bostanını daş-qalaq edib.

"Elnarənin gözəl səsi, gözəl avazı var. Amma o, muğam yox, mərsiyə oxuyur, ağlaşma qurur. Niyə insanları buna öyrəşdirirsən? Tamaşaçını aldatmaq olmaz. Əgər oxuya bilirsənsə, Aygün Bəylər kimi düzgün oxu. Yaxşı səsi var. Ancaq onun oxuduğu muğam yox, mərsiyədir".

Musa
Milli.Az