Gecəni küçədə keçirdilər - FOTO

24 Aprel 2025 10:11

Dünən İstanbulda baş verən güclü zəlzələyə görə yüzlərlə insan gecəni küçədə keçirib.

Milli.Az xəbər verir ki, onlarla insan Fatihdəki parklarda çadır qurub. Bəziləri isə yerə döşək salaraq yatıb. Avtomobildə gecələyənlər də olub.

İstanbul Valiliyi məscidləri gecə boyu açıq saxlayıb. İnsanlar həm soyuqdan, həm qorxudan Şahzadə məscidinə sığınıb.

Kağıthanedə və Zeytinburnunda çadır quranlar od qalayıb, yemək bişirib. Kimsə yorğan, yastıq gətirib. Kimsə də sadəcə ocağın başında oturub.

Sakin Murat Taşdemir deyib ki, "Çox qorxdum, silkələndim. Binaların uçacağını düşündüm. Çox soyuq idi, üşüdük."

Başqa bir sakin isə bildirib ki, "Tədbir üçün çölə çıxdıq. Binamız salamatdır, amma ehtiyatlı davranırıq. Yenə zəlzələ olsa, yenə gələcəyik."

İsmayıl
Milli.Az