Arda Gülerdən fantastik qol - VİDEO

24 Aprel 2025 00:06

İspaniya La Liqasının XXXIII turunda "Real Madrid" "Xetafe"yə qarşı səfər oyununda hesabı açıb.

Milli.Az xəbər verir ki, "Kral klubu"nun heyətində Arda Güler fərqlənib: 0:1.

Bu, onun cari mövsüm "əflatun bəyazlar"da 4-cü qolu olub. Türkiyəli yarımmüdafiəçi ümumilikdə 7 assist müəllifidir.

Arda sonuncu dəfə La Liqada 7 dekabr 2024-cü ildə "Jirona"ya qarşı oyunda qol vurmuşdu.

Qolun videosunu təqdim edirik: (Offsideplus.az)

Milli.Az