Kəlbəcərdə ağır qəza - ölən var - FOTO

23 Aprel 2025 21:30

Kəlbəcərdə ölümlə nəticələn ağır yol qəzası baş verib.

Milli.Az bildirir ki, hadisə rayonun Çaykənd kəndində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Hovo" markalı yük avtomobili ilə "KİA" markalı minik avtomobili toqquşub.

Dərhal hadisə yerinə FHN Kəlbəcər rayon Dövlət Yanğından Mühafizə hissəsinin əməkdaşları cəlb olunub.

Qəza zamanı "KİA"-nın sürücüsü Azad Zeynalov hadisə yerində ölüb.

Sürücünün meyiti FHN əməkdaşları tərəfindən avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır. /APA

Milli.Az