Qubada körpü çökdü, 30-dan çox kəndin yolu bağlandı - FOTO

23 Aprel 2025 19:50

Quba-Qonaqkənd-Muçu avtomobil yolunun Quba rayonunun II Nügədi kəndi ərazisindən keçən hissəsində Qaraçayın üzərindəki körpü qəzalı vəziyyətə düşüb.

Milli.Az xəbər verir ki, çaya gələ güclü sel suları nəticəsində körpünün dayaqlarından bir neçəsi əyilib.

Hazırda yol ötürücüsü uçmaq üzrədir. Körpüdən gediş-gəliş bağlanıb, əraziyə texnikalar gətirilir.

Qeyd edək ki, qəzalı vəziyyətə düşən körpü Quba rayonunun bu istiqamətdə yerləşən 30-dan çox kəndinə gediş-gəlişi təmin edən əsas yol ötürücüsüdür. Rayonun Pirvahid kəndi istiqamətindən alternativ yol olsa da, sakinlərin yolunu xeyli uzadır. /APA
 
Milli.Az