Dağdan çaşır yığırdı, faciəvi şəkildə öldü

23 Aprel 2025 18:22

Bu gün Şamaxıda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

Milli.Az xəbər verir ki, Abşeron rayon sakini 1953-cü il təvəllüdlü Sabir Səfər oğlu Xəlilov Quşçu kəndində dağdan yıxılaraq ölüb.

Onun dağlıq ərazidə çaşır bitkisi yığdığı bildirilir.

Milli.Az