BYD ilə toqquşan "Çeşka" bu hala düşdü - VİDEO

23 Aprel 2025 17:20

Bakıda yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az xəbər verir ki, BYD markalı avtomobil ilə "Mersedes" toqquşub. Haqqında müzakirələr səngiməyən Çin maşını bu dəfə də qəzadan üzü ağ çıxa bilib.

Belə ki,  zərbə nəticəsində "Çeşka"nın ön hissəsi ciddi deformasiyaya uğrasa da, BYD az zərərlə hadisəni ötüşdürə bilib.

Həmin görüntünü təqdim edirik:

Musa
Milli.Az