Moskvada biznes mərkəzində partlayış baş verdi - Güclü yanğın var - VİDEO

23 Aprel 2025 17:17

Rusiyanın paytaxtında yerləşən "Moskva City" biznes mərkəzində yanğın baş verib. APA-nın Moskva bürosunun verdiyi məlumata görə, hadisə "Ekspotsentr" yaxınlığında qeydə alınıb və yanğın zamanı ərazidə qatı qara tüstü müşahidə olunub.

Milli.Az xəbər verir ki, yerli "Baza" teleqram kanalı hadisənin yeraltı avtomobil dayanacağında baş verdiyini bildirib.

Məlumata əsasən, yanğına Merkuri qülləsinin dayanacağında yerləşən avtomobilin partlaması səbəb olub.

Hadisə ilə bağlı rəsmi qurumlardan hələlik əlavə məlumat verilməyib. Yanğının səbəbləri və mümkün xəsarət alanlar barədə araşdırmalar davam edir.

Kənan
Milli.Az