Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.
Milli.Az xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Milli Hidrometeorologiya Xidməti aprelin 24-25-də bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib.
Naxçıvan MR, Kəlbəcər, Laçın, Zəngilan, İsmayıllı, Şamaxı, Qobustan, Şirvan, Gəncə, Göygöl, Goranboy, Naftalan, Daşkəsən, Gədəbəy, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Qusar, Mingəçevir, Qəbələ, Yevlax, Bərdə, Salyan, Neftçala, Hacıqabul, Qax, Şəki, Oğuz, Balakən, Zaqatala, Lerik və Yardımlıda qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.
Milli.Az