Papanın tabutunun altına Azərbaycan xalçası sərilib - FOTO

23 Aprel 2025 17:00

Xəbər verdiyimiz kimi, aprelin 21-də Roma Papası Fransiski vəfat edib. 

Milli.Az xəbər verir ki, Papanın tabutu altına sərilən xalça Azərbaycan xalçasıdır.

Roma Papası Fransisk Azərbaycana 2016-cı ilin oktyabrında səfər edib və 2 oktyabrda Prezident iqamətgahında keçirilən görüşdə ona Azərbaycan milli xalçası hədiyyə edilib.

Sözügedən görüşdən yayılmış videodakı xalça ilə Roma Papası Fransiskin tabutu altına sərilən xalça isə tamamilə fərqli toxunuş və ornamentlərə malikdir.

Buna baxmayaraq, Roma Papası Fransiskin tabutunun altına sərilən xalça doğrudan da Azərbaycan - Təbriz xalçasıdır. Xalça naxışlarına görə "Heris" adlanır.

Heris - Təbriz yaxınlığında şəhərdir və bu xalça da bu şəhərin adı ilə bağlıdır.

Milli.Az